Fransa millisinin vunderkindi sıradan çıxdı - Bu il oynaya bilməyəcək

Fransa millisinin vunderkindi sıradan çıxdı - Bu il oynaya bilməyəcək

Fransa millisinin yarımmüdafiəçisi Uorren Zair-Emeri AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Cəbəllüttariqə qarşı keçirdikləri ev oyununda (14:0) sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, PSJ-nin futbolçusu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

Sağ ayağının topuq nahiyəsindən zədə alan Uorren artıq yığmanın düşərgəsini tərk edib. 

Qeyd edək ki, 17 yaşlı Zair-Emeri PSJ-nin yetirməsidir. O, Fransa millisinin heyətində bu il debüt edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər