Fransa millisinin üzvü qərarını verdi - Alman nəhəngindən ayrılır

Fransa millisinin üzvü qərarını verdi - Alman nəhəngindən ayrılır

"Bayern Münhen"in və Fransa millisinin müdafiəçisi Benjamin Pavar Almaniya klubu ilə müqaviləsini yeniləməyəcək.

Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.  

Mənbənin məlumatına görə, fransız futbolçu yeni təkliflərlə maraqlanır. O, 2023-cü ilin yayında başqa komandaya keçmək istəyir. Daha əvvəl "Barselona"nın Pavarın xidmətində maraqlı olduğu bildirilirdi. Müdafiəçinin "Bayern"lə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Almaniya klubunun rəhbərliyi təklif olarsa, Pavarı bu yay buraxmağa hazırdır.

Xatırladaq ki, Pavar 2019-cu ildən Münhen klubunda çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm Almaniya çempionatında 13 matçda iştirak edib və 1 qol vurub. Hazırda o, Qətərdə keçirilən dünya çempionatında çıxış edən Fransa millisinin düşərgəsindədir. Fransızlar bu axşam turnirin yarımfinalında Mərakeşlə qarşılaşacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər