Fransa millisinin üzvü "Bayern Münhen"dən gedir

Fransa millisinin üzvü "Bayern Münhen"dən gedir

"Bayern Münhen"in yarımmüdafiəçisi Korenten Tolisso mövsümün sonunda klubunu tərk etmək niyyətindədir.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "qırmızılar"ın yeni anlaşma təklifini qəbul etməyən orta xətt oyunçusu yanvarda da satıla bilər.

Belə ki, Münhen təmsilçisinin rəhbərliyi iş yerini azad agent statusuyla dəyişməyi hədəfləyən Tolissonu qışda 20 milyon avroya satmağı planlaşdırır. Artıq Fransa millisinin üzvünü heyətinə qatmaq istəyən klublardan birinin adı bəllidir. Bu, Milan "İnter"idir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər