Fransa millisinin üzvü Azərbaycan Premyer Liqasında

Fransa millisinin üzvü Azərbaycan Premyer Liqasında

Premyer Liqanın debütantı "Araz Naxçıvan" heyətini daha legionerlə gücləndirib.

Fanat.Az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, Muxtar Respulika təmsilçisi fransalı yarımmüdafiəçi Aksel Nqando ilə anlaşıb.

30 yaşlı yarımmüdafiəçinin bu gün Bakıya gəlib tibbi müayinədən keçəcəyi və bundan sonra müqaviləyə imza atacağı bildirilir.

Qeyd edək ki, Aksel Nqando ötən mövsümdə Fransanın 2-ci liqasında "Qrenobl"un heyətində 19 oyuna çıxaraq bir məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində Fransanın "Renn", "Anje", "Oser", "Bastiya" kimi tanınan klublarında, həmçinin Türkiyə Super Liqasında "Göstəpə"nin şərəfini qoruyub.

"Araz-Naxçıvan"ın yeni transferi 2013-2014-cü illərdə Fransa U-21 millisində 4 oyun keçirib.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər