Fransa millisinin sabiq üzvü: "PSJ buna layiq idi"

Fransa millisinin sabiq üzvü: "PSJ buna layiq idi"

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində cavab görüşləri keçirilib. 

Fanat.Az xəbər verir ki, Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn "Bayern Münhen" cavab oyununda da 2:0 hesabı ilə üstün gələrək növbəti mərhələyə adlayıb. 

Fransa millisinin sabiq üzvü Samir Nasri UEFA-nın rəsmi saytına açıqlamasında sözügedən qarşılaşmanı dəyərləndirib: 

"İki oyununun nəticəsinə görə PSJ turnirdən kənarda qalmağa layiq idi. İlk hissədə nəyəsə ümid etmək üçün səbəblər var idi, amma ikincidə hər şey əvvəlki görüşdə olduğu kimi getdi. Komanda rəqibə müqavimət göstərmədi və fərdi səhvlər nəticəsində növbəti mərhələyə adlamaq şansı itirildi. Verrattinin ilk qolda etdiyi kimi top itirmək olmaz".

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər