Fransa millisinin sabiq üzvü karyerasını bitirdi

Fransa millisinin sabiq üzvü karyerasını bitirdi
Fransa millisinin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə vasitəsilə elan edib. Son klubu "Sent-Etyenn” olan Kabay 17 il böyük sevgi ilə oynadığı futboldan getmək qərarına gəldiyini açıqlayıb: "Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm”.
Karyerası ərzində "Lill”, "Nyukasl”, PSJ, "Kristal Pelas”, "Əl-Nəsr” və "Sent-Etyenn”də çıxış edən Yohan Kabay 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. O, 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər