Fransa millisində ciddi itki - DÇ-2018-ə doğru

Fransa millisində ciddi itki - DÇ-2018-ə doğru

Mundiala sayılı günlər qalmış Fransa millisinin azarkeşləri ciddi itkiyə üzülüb.

 

Fanat.Az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, "xoruzlar”ın hücumçusu Olivye Jiru sıradan çıxıb.

 

 

O, ABŞ-la keçirilən yoldaşlıq görüşündə (1:1) sıradan çıxıb. Matçın 58-ci dəqiqəsində rəqibi ilə toqquşan Jirunun başı qanayıb. Nəticədə həkimlər onun başına 6 tikiş qoyublar. Məhz bu zədə ucbatından Jiru yerini Usman Dembeleyə verib.Ulduz futbolçunun beyin silkələnməsi keçirdiyi istisna olunmur.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər