4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Fransa yığması fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. Komanda kişilərdə 5, qadınlarda isə 6 çəki dərəcəsində mübarizə aparacaq.
Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kq) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə titul uğrunda tatamiyə çıxacaq.
Fransa millisinin heyəti:
Kişilər -60 kq – Luka Mxeidze, Romen Valadye-Pikar -66 kq – Valid Xyar, Dayki Buba -73 kq – Joan-Benjamin Qaba, Dayan Bulemtafes -90 kq – Maksim-Qael Nqayap Hambu +100 kq – Teddi Riner
Qadınlar -48 kq – Şirin Bukli -57 kq – Sara-Leoni Sizik -63 kq – Klaris Aqbeqnenu, Manon Deketer -70 kq – Klemans Em -78 kq – Odri Tşeumeo, Kayla İssufi +78 kq – Roman Diko, Lea Fonten
Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (-73 kq), Aleksis Matyö (-90 kq), Mateo Akiana Monqo, Tyeman Diabi (hər ikisi+90 kq), həmçinin Marta Favaz (-57 kq) yer alacaq.