Fransa Kubokunda 1/8 final mərhələsi yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
Liqa 1-in lideri PSJ “Nitsa” ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (6:5) “Nitsa” mərhələ adlayıb. Qeyd edək ki, daha öncə “Nant”, “Amyen”, “Versal”, “Bastiya”, “Olimpik” (Marsel), “Berjerak” və “Monako” da 1/4 finala vəsiqə qazanmışdı.