Fransa klubu isveçrəli futbolçu transfer etdi

Fransa klubu isveçrəli futbolçu transfer etdi

Marsel “Olimpik”i yeni transferi gerçəkləşdirib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,  Fransa təmsilçisi “Yanq Boyz”un müdafiəçisi Ulisses Qarsiya ilə anlaşıb.

Marsel təmsilçisi 28 yaşlı isveçrəli futbolçu üçün 4 milyon avro ödəyib. Müqaviləyə əsasən isveçrəli 2028-ci il iyunun 30-na qədər bu kluba məxsus olacaq. 

Qarsiya əvvəllər “Verder” və “Nürnberq” klublarında çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər