Bundan 27 il əvvəl Romada yaşadığımız evin qapısı döyüldü. Anam Fiorellanın açmaq üçün getdiyi qapının digər tərəfində futbol karyerama yön verəcək adamlar var idi. O qapını açanda biz özünü futbol direktoru olaraq təqdim edən bir qrup adamla qarşılaşdıq. Ancaq onlar Romadan gəlməmişdi. Onlar qırmızı və qara rəngli Milanı gələrək, məni öz klublarında oynamağa dəvət edirdilər. Anam oranı tərk etmişdi. Onun nə cavab verməsi ilə bağlı hər hansı bir fikriniz var?
Əgər siz Romada dünyaya göz açmısınızsa, qabağınızda sadəcə iki seçim var: Göy və ya qırmızı. "Roma" və ya "Latsio". Ancaq bizim ailəmizdə isə sadəcə bir seçimimiz var idi. Təəssüflər olsun ki, babam mənim körpə olduğum vaxtlarda öldüyü üçün onu tanıya bilməmişəm. Ancaq o mənə böyük hədiyyə qoyaraq vəfat etmişdi. Canluca fanatik "Roma" azarkeşi idi. O bu sevgini atama, atam isə mənə və qardaşıma ötürüb. "Roma"ya olan sevgimiz bizim varlığımızın səbəbi idi. O bizim ailəmizin, qanımızın, ruhumuzun bir hissəsinə çevrilmişdi.
"Roma" oyunlarını çox izləyə bilmirdik, çünki 80-ci illərdə bütün oyunlar televiziyada göstərilmirdi. 7 yaşımda, ilk dəfə atam oyuna bilet almışdı və mən də ilk dəfə canavarları Olimpiyo stadionunda canlı izləyə bilmişdim.
Gözlərimi yumaraq həmin anları hiss edə bilirəm. Rənglər, azarkeşlər, tüstü bombaları.. Mən isə ürəyi "Roma" ilə döyünən minlərlə azarkeş arasında xoşbəxt olan 7 yaşlı uşaq idim. Həmin anları necə təsvir edəcəyimi bilmirəm.
Bellisimo!
Deyiləcək başqa sözüm yoxdur.
Şəhərin biz yaşadığımız hissəsi olan San Covannidə məni topsuz görən demək olar ki olmayıb. Şəhərin ara küçələrində, katedralların qarşısında, səkilərdə, hər yerdə futbol oynayırdıq.
Uşaq yaşlarımda da futbol mənim üçün sevgidən daha fərqli bir şey idi. Futbol karyerası üçün lazımi ambisiyaya sahib idim. Mən artıq alt kateqoriyalarda futbol oynamağa başlamışdım. "Roma"nın kapitanı Gianniniyə aid posterlər, qazet xəbərlərinin kəsikləri otağımın divarlarını doldurmuşdu. O simvolumuz, ikonumuz idi. O da bizim kimi romalı uşaq idi.
Artıq 13 yaşım olanda qapımız döyülmüşdü. "Milan" klubundan gələn adamlar onların klubuna qoşulmağımı istəyirdilər. İtaliyanın böyük bir klubunda oynamaq şansım var idi. Mən nəyi seçməliydim? Ancaq qərarı mən verməyəcəkdim. Patron isə mənim anam idi. O hələ də belədir. O da anasına çox bağlı olan qadındır. Hər italyan anası kimi öz uşaqlarına qarşı çox həssas idi. Başıma bir şey gələr qoruxusuyla evdən getməyimi istəmirdi.
"Yox, yox" dedi direktorlara. O Milandan gələnlərə sadəcə bunu dedi. "Üzrlü hesab edin, ancaq mümkün deyil".
Bu son qərar idi. Mənim ilk transferim boss tərəfindən rədd edilmişdi. Atam, həftəsonları məni və qardaşımı məşqlərə aparırdı. Ancaq bazar ertəsindən cüməyə qədər nəzarət anamda olurdu. "Milan"a yox demək bizim üçün çətin olmuşdu. Mənim "Milan"a getməyim ailəmizə çoxlu pulun gələcəyi mənasına gəlirdi. Ancaq həmin gün anam mənə vacib bir dərs keçmişdi. Ev həyatda hər şeydən daha önəmlidir.
Bundan bir neçə həftə sonra oyunlarımdan birini izləyən "Roma" mənə təklif vermişdi. Sarı-qırmızıli forma geyinəcəkdim.
Anam bilirdi. Onun mənim karyerama xeyli köməyi dəyib. Bəli, o qoruyucu biri olsa da mənim yaşıl meydançalarda qalmağıma çox kömək etmişdi. Mən bilirdim ki, bu onun çox çətin idi.
Anam məni məşqlərə aparırdı. Stadionun kənarında bəzən 2-3 bəzən isə daha uzun saatlar gözləməyə məcbur olurdu. O yağışlı, soyuq havalarda belə gözləməli olurdu. O mənim arzularıma çatmağım üçün bunu edirdi.
Mən "Roma" üçün Olimpiya stadionunda debüt etdiyimi oyundan 90 dəqiqə əvvələ qədər bilmirdim. Təsislərdən stadiona avtobusla gedərkən həyəcanım artmışdı. Gecə yuxumdan qalan sakitlik itmişdi. "Roma" azarkeşləri digərlərindən çox fərqlənir. Onların "Roma" forması geyinən futbolçulardan gözləntisi çox yüksək olur. Sizə verilən dəyərin qarşılığını göstərmək məcburiyyətiniz və səhv etmək şansınız yoxdur.
İlk dəfə yaşıl meydançaya çıxanda evim üçün oynamağın qüruruna məğlub olmuşdum. Babam üçün. Ailəm üçün. Bu 25 il ərzində bu həyəcan, təzyiq heç vaxt dəyişmədi.
Əlbəttə ki, səhvlərim olmuşdu. 12 il bundan əvvəl "Real"dan təklif gələndə ayrılmaq barədə düşünmüşdüm. Dünyanın ən uğurlu klubu da sizi dəvət edəndə başqa yerdə necə həyatınızın ola biləcəyi barədə düşünməli olursunuz. "Roma"nın prezidenti ilə danışmışdım və bəzi şeyləri dəyişdirmişdim. Ancaq ən sonda ailəmlə söhbətim, həyatın nə olduğunu mənə göstərdi.
Ailəm hər şeyimdir.
39 ildir ki, Roma mənim evimdir. Son 25 il isə futbolçu olaraq "Roma" mənim evim olub. İstər Skudettonu almaq, istər Çempionlar Liqasında təmsil etmək olsun - "Roma"nın rənglərini bacardığım qədər ən yaxşı şəkildə təmsil etdiyimi düşünürəm. Ümid edirəm ki, sizi qürurlandıra bildirmişəm.
Bu yolla öz həyatımı qurduğumu düşünə bilərsiniz. İlari ilə evləndiyim günə qədər ailəmin evindən kənarda yaşamamışdım. Geriyə dönüb baxanda darıxağım şeylərin gündəlik rutin şeylər olduğunu görürəm. Saatlarla məşq, paltardəyişmə otağında etdiyimiz söhbətlər. Ancaq ən çox darıxacağım şeyin komanda yoldaşları ilə birlikdə kofe içmək olduğunu deyə bilərəm. Bir gün bura futbol direktoru olaraq geri gəlsəm, həmin anların burda olacağına inanıram.
İnsanlar bütün həyatını niyə "Roma"da keçirdiyini soruşur? "Roma" mənim ailəmdir, mənim dostların, sevdiyim insanlardır. "Roma" dənizdir, dağlar, abidələr və əlbəttə ki, "Roma" romalılardır. "Roma" sarı və qırmızıdır. "Roma" mənim dünyamdır. Bu klub, bu şəhər mənim həyatımdır. //pahoo.az
Françesko Totti