İlk dəfə millimizə dəvət alan Emin Nurinin dünənki açıqlaması barədə xəbər vermişdik. "Kalmar"ın türk futbolçusu jurnalistlərə açıqlamasında Azərbaycanla heç bir bağlılığının olmadığını bildirib: "Mənim Azərbaycanla heç bir bağlılığım yoxdu. Sadəcə, türkəm. Azərbaycanla Türkiyə bir-birinə qardaş ölkələr olduğundan, burada oynamaq mənə rahat göründü və təklifi qəbul etdim".
Fanat.az xəbər verir ki, futbolçunun açıqlamasına millinin baş məşqçisi Berti Foqts münasibət bildirib. Alman çalışdırıcı Eminin sualı yalnış anladığını və Azərbaycanla bağlılığının olduğunu iddia edib: "O, sualı səhv başa düşüb. Elə başa düşüb ki, hazırda Bakıda yaşayan qohumlarından sual verilir. Əslində, belə deyil. Onun Azərbaycanla bağlılığı var".
Fanat.az