Berti Foqts Azərbaycanın fəxri vətəndaşı olmaq istəyir. Fanat.az xəbər verir ki, bu barədə alman çalışdırıcı özü açıqlama verib.
Yığma komanda üçün milliləşdirilən futbolçularla bağlı sualları cavablandıran Foqts daha sonra "6 ildi Azərbaycan futboluna xidmət edirsiniz. Bəs sizə Azərbaycanın fəxri vətəndaşı olmaq təklif olunsa, qərarınız nə olar" sualına da cavab verib: "Məmnuniyyətlə qəbul edərəm. Ən gözəl, rəsmi paltarımı geyinib, o mərasimdə iştirak edərəm".
Fanat.az