Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts Bakıya gəlib. Fanat.az xəbər verir ki, alman çalışdırıcı Topaz Premyer Liqasının XXIX turu çərçivəsində keçiriləcək iki oyununu izləyəcək.
Belə ki, o, AZAL - "Qarabağ" və "Bakı" - "Neftçi" oyunlarına canlı baxacaq. Baş məşqçinin köməkçisi Aslan Kərimov "Xəzər Lənkəran" - "Qəbələ" qarşılaşmasını, Mahmud Qurbanov isə "Rəvan" - "Sumqayıt" matçını izləyəcək.
Qeyd edək ki, ABŞ yığmasına məsləhətçi təyin olunan Foqts bir neçə gün əvvəl okeanın o tayına səfər edərək, yeni komandasının Meksika ilə oyununu izləyib.
Fanat.az