Filipp Rasmussen Bakıya niyə gəlib?

Filipp Rasmussen Bakıya niyə gəlib?

UEFA-nın “Klubların Lisenziyalaşdırması və Maliyyə Fair Play” şöbəsinin Maliyyə Fair Play məsələləri üzrə meneceri Filipp Rasmussen Bakıda işgüzar səfərdədi. Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, səfərin əsas məqsədi aprelin 9-da Topaz Premyer Liqasında çıxış edən klubların maliyyəçiləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunacaq seminarın təşkilidi.

Seminarda Rasmussen tərəfindən prezentasiya təqdim olunacaq, həmçinin nəzəri və praktiki məşğələlər keçiriləcək. Seminarın sonunda klub nümayəndələri 2013-cü il üzrə müvafiq maliyyə məlumatlarını qeyd olunmuş proqrama daxil edəcək.Paytaxtımızın qonağı bu gün AFFA-nın Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə görüş keçirib və cari lisenziyalaşdırma prosesi müzakirə olunub. Müzakirələr zamanı 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədi ilə AFFA-ya müraciət etmiş klubların sənədləri ilə bağlı potensial risklərə toxunulub və bununla bağlı Rasmussen tərəfindən tövsiyələr verilib. UEFA rəsmisi lisenziya almaq üçün klubların “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydaları”na riayət etməsinin vacibliyini xüsusi qeyd edib.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər