"Fənərbağça"nın baş məşqçisi: "Bizim üçün əsas Super Liqadır"

"Fənərbağça"nın baş məşqçisi: "Bizim üçün əsas Super Liqadır"

Avropa Liqasından Konfrans Liqasına düşən "Fənərbağça"nın baş məşqçisi Vitor Pereira iştirak edəcəkləri yeni turnir barədə danışıb.

Fanat.Az "Sporx" saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis əsas hədəfin Türkiyə Super Liqasını qazanmaq olduğunu bildirib:

"Daha öncə də qeyd etdiyim kimi, bizim üçün əsas Super Liqadır. Konfrans Liqasını qazanmaq təkcə baş məşqçinin deyil bütün komandanın hədəfi olmalıdır. Təbii ki, orda da güclü klublar var. Ancaq hazırda diqqətimizi ölkə çempionatına yönəltmişik. Türkiyə çempionatında xallar toplamaq, itirdiyimiz xalları kompensasiya etmək və turnir cədvəlində lazımlı mövqedə yerimizi möhkəmləndirmək qarşımıza qoyduğumuz əsas məqsəddir." 

Xatırladaq ki, "Fənərbağça" UEFA Konfrans Liqasındakı təmsilçimiz "Qarabağ"ın potensial rəqiblərindən biridir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər