İspaniyanın “Xetafe” klubu heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi İtaliyanın “Sampdoriya”nın yarımmüdafiəçisi Yakub Yanktonu transfer edib. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı çexiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında “16” nömrəli formanı geyinəcək. Yankto 2019-cu ilin sentyabrından “Sampdoriya”da çıxış edirdi. Orta xətt oyunçusu Çexiya millisində 40 oyuna çıxaraq 4 qol vurub.