Estoniyalı futbolçu "Liverpul"da - 10 milyon manata

Estoniyalı futbolçu "Liverpul"da - 10 milyon manata

"Liverpul" eston futbolçu transfer edib. Fanat.az xəbər verir ki, İngiltərə klubu Raqnar Klavanı heyətinə qatıb.

Almaniyanın "Auqsburq" klubundan alınan futbolçu ilə 3 illik müqavilə imzalanıb. "Liverpul" transfer üçün qarşı tərəfə 5 milyon funt-sterlinq (10 milyon 265 min manat) ödəyib.

Qeyd edək ki, "Auqsburq" estoniyalı futbolçunu 2012-ci ildə "Alkmaar"dan 250 min avroya almışdı. "Transfermarkt"ın 3,5 milyon avro qiymət qoyduğu 30 yaşlı müdafiəçi əvvəllər Estoniyanın "Elva", "Tulevik", "Flora", Norveçin "Valerenqa" və Hollandiyanın "Herakles" klublarında çıxış edib. Estoniya yığmasında keçirdiyi 112 oyunda 3 qol vurub. O, ötən mövsüm Bundesliqada 31, Avropa Liqasında 6, Almaniya Kubokunda 3 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər