Errera La Liqa klubu ilə müqavilə yenilədi

Errera La Liqa klubu ilə müqavilə yenilədi

Yarımmüdafiəçi Ander Errera "Atletik"də oynamağa davam edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Bilbao klubunun mətbuat xidməti məlumat yayıb. 

34 yaşlı futbolçu ilə növbəti mövsümün sonuna qədər qüvvədə olacaq yeni müqavilə imzalanıb. 

Ötən mövsüm Errera əvvəlcə "Atletik"də icarə əsasında çıxış etsə də, sonra klubla birdəfəlik müqavilə imzalayıb. 

O, "Atletik"in heyətində bütün yarışlarda 27 oyun keçirib və komanda yoldaşlarına üç məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin transfer qiyməti iki milyon avro qiymətləndirilir. 

"Atletik" ötən mövsüm La Liqa turnir cədvəlində beşinci yeri tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər