Ermənilər Çempionlar Liqasına İstanbulda hazırlaşır

Ermənilər Çempionlar Liqasına İstanbulda hazırlaşır

Ermənistanın "Pünik" klubu Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Norveç "Molde"si ilə oyunlara Türkiyənin İstanbul şəhərində hazırlaşacaq. Fanat.az xəbər verir ki, "Pünik" artıq İstanbuldakı "Green Park" hotelində məskunlaşıb. 

Qonşu ölkədə iyulun 12-dək hazırlıq keçəcək komanda oradan Norveçə yollanacaq. Komandalar əvvəlcə iyulun 14-də Moldedə üz-üzə gələcəklər. Cavab görüşü isə bir həftə sonra İrəvanda keçiriləcək.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə start verən "Pünik" ilk rəqibi "Folqor" (San Marino) komandasını hər iki görüşdə 2:1 hesabı ilə məğlub edib.//"Report"

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər