Erməni qol vurdu, Azərbaycan klubu qələbə qazandı

Erməni qol vurdu, Azərbaycan klubu qələbə qazandı

İran çempionatında XX turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Traktorsazi" bu turda "Səba Qum"u qəbul edib.

Bu il keçirdiyi bir oyunda uduzan, digərində heç-heçə edən Təbriz klubu 2015-in ilk qələbəsini qazanıb. Belə ki, "Traktorsazi" rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Cənubi Azərbaycan təmsilçisinin heyətində Saman Cahan, Edinyo və və erməni Andranik Teymuryan fərqlənib.

Təbrizin digər təmsilçisi "Qostareş Fulad" Məşhəd "Neft"ini qəbul edib və heç-heçəyə razılaşıb. "Neftçi"nin sabiq forvardı Bahodir Nasimovun çıхış etdiyi "Padideh" evdə "Persepolis"ə uduzub - 0:1. Nasimov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Traktorsazi" 20 turdan sonra 35 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və lider "Neft"dan 4, 2-4-cü pillələrin sahiblərindən 2 хal geri qalır. "Padideh" 24 хalla 10-cu, "Qostareş Fulad" 18 хalla 15-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər