Erməni futbolçu “Beşiktaş”dan ayrılır

Erməni futbolçu “Beşiktaş”dan ayrılır

Ermənistan millisinin üzvü Araz Ozbiliz “Beşiktaş”ı tərk etməyə hazırlaşır. Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qışda Rusiyanın “Terek” kluba keçməyi düşünür.

Ayrılığa səbəb Ozbilizin “Beşiktaş”da oynamaq şansı əldə edə bilməməsidir. Erməni futbolçu sadəcə bir matçda – açılış turunda “Antalyaspor”a qarşı forma geyinib.

Qeyd edək ki, Moskva “Spartak”ın transfer edilən futbolçu, ötən mövsüm icarə əsasında İspaniyanın “Rayo Vallekano” klubunda çıxış edib. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər