Bu gün Çempionlar Liqasının qrup mərhələsində son tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq. Bu oyunlarda Çempionlar Liqasının 1/8 finalına 2, Avropa Liqasının 1/16 finalına 3 vəsiqənin sahibi müəyyənləşəcək.
A qrupunda 1/8 finala hər iki vəsiqənin sahibi bəllidi. Belə ki, PSJ və "Arsenal" artın adını ən güclü 16 kollektiv arasına yazdırıb. Aktivində 11 xal olan Fransa və İngiltərə klubları həm liderin kimliyinə aydınlıq gətirəcək, həm də Avropa Liqasına gedəcək kollektivin müəyyənləşəcək.
B qrupunda hər 3 vəsinin sahibi bu gün bəlli olacaq. Aktivində 8 xal olan "Benfika" və "Napoli", həmçinin 7 xal qazanan "Beşiktaş" mərhələ adlaya bilər. Kiyev "Dinamo"su isə artıq Avroliqa şansını da itirib. "Beşiktaş" səfərdə Dinamo"nu məğlub etsə, digər oyunun nəticəsindən aslı olmayaraq 1/8 finala çıxacaq. Çünki "Benfika" - "Napoli" oyununda istənilən halda tərəflərdən biri xal itirəcək. "Beşiktaş" səfərdə xal itirsə, digər oyunun nəticəsi önəmli olacaq.
C qrupunda bütün vəsiqələrin taleyi həll olunub. "Barselona" lider, "Mançester Siti" ikinci pillənin sahibi kimi mərhələ adlayıb. Münhenqladbax "Borussiya"sı isə Avropa Liqasına vəsiqə qazanıb. Son turda "Borussiya" "Barselona"ya uduzsa, "Seltik" isə "Mançester Siti"ni məğlub etsə, son iki pillənin xalları bərabərləşəcək. Amma bu sıralamaya təsir etməyəcək. Çünki almanlar şəxsi oyunda şotlandlardan üstündü.
D qrupunda da 1/8 finala çıxan komandalar bəllidi. "Atletiko" birinci, "Bavariya" ikinci pilləni təmin edib. Onların bu gün Münhendə baş tutacaq düeli formal xarakter daşıyacaq. Ən yaxşı halda "Bavariya" rəqibi ilə aralarındakı 6 xallıq fərqi 3-ə endirə bilər. PSV - "Rostov" oyununda isə Avroliqaya vəsiqənin sahibi müəyyənləşəcək. Hazırda ruslar rəqibi 3 xal qabaqlayır. Komandalar arasındakı ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. PSV doğma meydanda rəqibini yenərək şəxsi oyunlarda üstünlük yarada və Avropa Liqasına gedə bilər.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 6 dekabr
A qrupu
23.45 PSJ (Fransa) - Ludoqorets (Bolqarıstan)
23.45 Bazel (İsveçrə) - Arsenal (İngiltərə)
| 1 | Arsenal | 5 | 3 | 2 | 0 | 14-5 | 11 |
| 2 | PSJ | 5 | 3 | 2 | 0 | 11-5 | 11 |
| 3 | Bazel | 5 | 0 | 2 | 3 | 2-8 | 2 |
| 4 | Ludoqorets | 5 | 0 | 2 | 3 | 4-13 | 2 |
B qrupu
23.45 Dinamo (Kiyev, Ukrayna) - Beşiktaş (Türkiyə)
23.45 Benfika (Portuqaliya) - Napoli (İtaliya)
| 1 | Napoli | 5 | 2 | 2 | 1 | 9-7 | 8 |
| 2 | Benfika | 5 | 2 | 2 | 1 | 9-8 | 8 |
| 3 | Beşiktaş | 5 | 1 | 4 | 0 | 9-8 | 7 |
| 4 | Dinamo K | 5 | 0 | 2 | 3 | 2-6 | 2 |
C qrupu
23.45 Barselona (İspaniya) - Borussiya (Münhenqladbax, Almaniya)
23.45 Mançester Siti (İngiltərə) - Seltik (Şotlandiya)
| 1 | Barselona | 5 | 4 | 0 | 1 | 16-4 | 12 |
| 2 | Mançester Siti | 5 | 2 | 2 | 1 | 11-9 | 8 |
| 3 | Borussiya M | 5 | 1 | 2 | 2 | 5-8 | 5 |
| 4 | Seltik | 5 | 0 | 2 | 3 | 4-15 | 2 |
D qrupu
23.45 Bavariya (Almaniya) - Atletiko (İspaniya)
23.45 PSV (Hollandiya) - Rostov (Rusiya)
| 1 | Atletiko | 5 | 5 | 0 | 0 | 7-1 | 15 |
| 2 | Bavariya | 5 | 3 | 0 | 2 | 13-6 | 9 |
| 3 | Rostov | 5 | 1 | 1 | 3 | 6-12 | 4 |
| 4 | PSV | 5 | 0 | 1 | 4 | 4-11 | 1 |
Fanat.Az