Çempionlar Liqası: "Çelsi" 1/4-də, "Yuventus" ÇL-i darmadağınla tərk etdi - YENİLƏNDİ

Çempionlar Liqası: "Çelsi" 1/4-də, "Yuventus" ÇL-i darmadağınla tərk etdi - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, beləliklə 1/4 finalın son iki iştirakçısı bəlli olub.

İtaliyada "Yuventus"un qonağı olan İspaniya "Vilyarreal"ı gözlənilməz şəkildə dueldən böyük hesablı qalibiyyətlə ayrılıb. Beləliklə, 1/4-ə yüksələn komanda İspaniya təmsilçisi olub. Komandalar arasında lk görüşdə qalib müəyyənləşməmidi - 1:1.

Gecənin digər oyununda İngiltərə "Çelsi"sı Fransada "Lill" ilə qarşılaşıb. Londonda baş tutan ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanan ingilislər səfərdə də qələbə qazanmaqla, adını 1/4 finala yazdırıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

"Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) 0:3

Qollar: Moreno, 78-pen, Torres, 85, Danjuma, 90+2-pen. 

Baş hakim: Şimon Marçinyak (Polşa) 

İlk oyun - 1:1

"Lill" (Fransa) - "Çelsi" (İngiltərə) 1:2

Qollar: Burak, 38 - Pulişiç, 45+3, Aspilikueta, 71 Baş hakim: Davide Massa (İtaliya) 

İlk oyun - 0:2.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər