"Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Haverts "Çelsi"yə keçmək niyyətindədi.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, Haverts yaxın günlərdə "Bayer" rəhbərliyi ilə görüşməyi planlaşdırır. 21 yaşlı futbolçu klub rəsmlərindən onun "Çelsi"yə transferinə mane olmamalarını istəyəcək.
Daha əvvəl "zadəganlar"ın transferi 80 milyon avroya həll etmək üzrə olduğuna dair xəbərlər yayılmışdı. London klubu artıq Havertslə müqavilənin şəxsi detallarını razılaşdırıb.
2019-20 mövsümündə Bundesliqada 30 matçda meydana çıxan alman oyunçunun aktivində 12 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az