"Çelsi"nin yeni sahibi açıqlandı

"Çelsi"nin yeni sahibi açıqlandı

"Saudi Media" "Çelsi" klubunu almaq üçün üçün hazırda 3,5 milyard dollar təklif edir və çox güman ki, bu, ən yüksək məbləğ olaraq qalacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "CBS Sports"un jurnalisti Ben Ceykobs yayıb.

Dünən "Saudi Media" şirkətinin rəhbərlərinin klubun satışını idarə edən bank - "Raine Group"la danışıqlar apardığı təsdiqlənib. Yuxarıda göstərilən məbləğ üzrə sövdələşmə baş tutsa, bu, dünya idman tarixinin ən bahalı satışı olacaq.

Qeyd edək ki, "Saudi Media"nın sahibi Səudiyyə Ərəbistanından olan biznesmen Məhəmməd Əl Xereycidir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər