"Çelsi"nin yarımmüdafiəçisi digər İPL klubuna keçir

"Çelsi"nin yarımmüdafiəçisi digər İPL klubuna keçir

 "Çelsi"nin yarımmüdafiəçisi Kallum Hodson-Odoi digər İngiltərə klubuna keçməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, onun xidmətində maraqlı olan "Nottingem Forest" "zadəganlar"la razılığa gəlmək üzrədir. Mənbə tərəflərin danışıqları müsbət sonluqla bitirmək ehtimalının yüksək olduğunu vurğualyıb.

Qeyd edək ki, Kallum ötən mövsümü icarə əsasında "Bayer Leverkuzen"də keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər