"Çelsi"nin ulduzu İspaniya nəhəngində

"Çelsi"nin ulduzu İspaniya nəhəngində

"Çelsi"nin yay transfer pəncərəsində satmağa qərar verdiyi təcrübəli ispan müdafiəçi Sezar Aspilikueta vətəninə qayıda bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

"Real Madrid" 33 yaşlı futbolçunun xidmətində maraqlıdır. Aspilikuetanın transferi "Kral klubu"na 8 milyon avroya başa gələ bilər. Təcrübəli müdafiəçinin "zadəganlar"la müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. O, 2012-ci ildən "Çelsi"də çıxış edir.

Sezar bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyuna çıxıb və 3 sarı vərəqə alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər