"Çelsi"nin ötən ay aldığı vunderkind Fransa klubunda

"Çelsi"nin ötən ay aldığı vunderkind Fransa klubunda

"Çelsi" vingerini Fransanın "Strasburq" klubuna icarəyə verib.

Fanat.Az xəbər verir ki, söhbət "zadəganlar"ın ötən ay "Santos"dan transfer etdiyi 18 yaşlı braziliyalı Anjelo Qabrieldən gedir.

Məlumatı London təmsilçisinin rəsmi saytı yayıb. Ön xətt oyunçusu "Strasburq"da 1 mövsüm keçirəcək.

Xatıraladaq ki, Qabriel Braziliya çempionatında 15 yaş 308 günlüyündə debüt edərək sözügedən liqada forma geyinmiş ən gənc oyunçu qismində tarixə düşüb. Eləcə də o, Libertadores Kubokunda qol vurmuş ən ən gənc futbolçu ünvanına sahib çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər