"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard London klubunun yeni rəhbərliyinin işini qiymətləndirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis bu barədə “The Diary of a CEO” nəşrinə belə deyib:
“Çelsi"nin sahibləri kluba görə çox narahatdırlar. Onlar "mavilər"i dünyanın ən yaxşısı etmək üçün əllərindən gələni etmək istəyirlər. Komandaya gələn direktorlarla işləmişəm. Onlar çox istedadlı, uğura can atan insanlardır. Klubun hansı istiqamətdə hərəkət edəcəyi onlardan asılıdır”.
Qeyd edək ki, iyunun 1-dən Maurisio Poçeettinoya tapşırılan "Çelsi"nin son baş məşqçisi Frank Lempard olub. O, bu vəzifədə aprel ayında istefaya göndərilən Qrem Potteri müvəqqəti olaraq əvəzləyirdi.
Mirağa