"Çelsi"nin sahibi Ronaldu üçün büdcə ayırdı - MƏBLƏĞ

"Çelsi"nin sahibi Ronaldu üçün büdcə ayırdı - MƏBLƏĞ

"Çelsi" Kriştianu Ronaldunu transfer etməkdə israrlıdır. 

Fanat.Az "Sport Bible"yə istinadən xəbər verir ki, "zadəganlar"ın "Mançester Yunayted"in ulduz futbolçusu üçün mübarizəyə girmək qərarı klubun sahibi Todd Boyel ilə baş məşqçi Tomas Tuxel arasında keçirilən görüşdən sonra qəbul edilib.

Bununla belə, "Çelsi" Ronaldu üçün çılğın xərclərə hazır deyil. Londonlular “Mançester Yunayted”ə 14 milyon funt-sterlinq təklif etmək niyyətindədir. 

Qeyd edək ki, portuqaliyalı hücumçu "Mançester Yunayted"dən ayrılmaqda qərarlıdır və komandanın mövsümöncəsi 4 məşqində iştirak etməyib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər