"Çelsi"nin qara günləri başlayır

"Çelsi"nin qara günləri başlayır

Britaniya hökumətinin Roman Abramoviçə qarşı daha bir sanksiya tətbiq etdiyi xəbərini vermişdik. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Çelsi" Abramoviçin dondurulmuş səhmlərinə daxildir və bu, kluba bir neçə ciddi problemlər yaradıb:

1)"Çelsi" öz oyunlarına bilet sata bilməyəcək.  2) "Çelsi" öz məhsullarını (atributika) sata bilməyəcək. 3) "Çelsi" futbolçuları ilə müqaviləni yeniləyə bilməyəcək. 4) "Çelsi" oyunçu alqı-satqısı edə bilməyəcək. 

Qeyd edək ki, klubun futbolçuları Sezar Aspilikueta, Antonio Rüdiger və Andres Kristensenin müqavilələrinin müddəti cari mövsümün sonunda bitəcək. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər