"Çelsi"nin prezidentinin ideyası Kloppu güldürdü

"Çelsi"nin prezidentinin ideyası Kloppu güldürdü

"Çelsi"nin prezidenti Todd Boli Nyu-Yorkda keçirilən SALT konfransında İngiltərə Premyer Liqası (İPL) ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Fanat.Az "Sportske" saytına istinadən xəbər verir ki, Boli ABŞ-da keçirilən NFL və NBA-da olduğu kimi İPL-də də Şimal, Cənub, Şərq və Qərb konfransları yaradılması fikrini bildirib.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp isə bu ideyanı gülünc adlandırıb: 

"O, doğrudan belə təklif irəli sürüb? Demək istəyirsiniz ki, "Liverpul" və onun əzəli rəqibi  "Mançester Yunayted" futbolçularından təşkil olunmuş bir komanda "Arsenal", "Çelsi" və "Tottenhem"in oyunçularından ibarət kollektivə qarşı oynayacaq? Bu, milli komandadır bəyəm?! Belə şey olar? O, bəlkə "Harlem Qlobtrotters" basketbol komandasını İPL-ə gətirmək istəyir? Bu, gülüncdür".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər