ABŞ millisinin və London "Çelsi"sinin yarımmüdafiəçisi Kristian Pulişiç karyerasını harada davam etdirmək niyyətində olduğuna qərar verib.
Fanat.Az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, amerikalı oyunçu özünü ancaq “Milan”da görür.
Pulişiç daha çox oyun praktikası əldə etmək üçün Milan komandasına keçmək niyyətindədir. London klubu "rossonerilər"in transfer üçün 25 milyon avro ödəyəcəyi təqdirdə Kristianı satmağa hazırdır.
Pulişiç 2022/2023 mövsümündə 30 oyuna çıxıb. O, bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin "Çelsi" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Mirağa