"Çelsi"nin hücumçusu italiya klubuna keçə bilər

"Çelsi"nin hücumçusu italiya klubuna keçə bilər

"Çelsi"nin almaniyalı hücumçusu Timo Verner karyerasını İtaliyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "zadəganlar"ın sıralarını tərk etmək istəyən 26 yaşlı forvard "Yuventus"un transfer siyahısındadır. İngiltərə təmsilçisinin Verneri 39 milyon avroya satmağa hazır olduğu bildirilib.  

"Çelsi" sözügedən futbolçunu 2020-ci ilin iyulunda Almaniyanın "Layptsiq" klubundan 53 milyon avroya alıb. O, ötən mövsüm klubunun forması ilə bütün turnirlərdə 37 matça çıxaraq 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər