"Çelsi" "Borussiya"nın futbolçusu Erlinq Holand üçün irəli atılıb.
Fanat.Az "Sky Spors"a istinadən xəbər verir ki, "zadəganlar" Dortmund təmsilçisinə norveçli hücumçunun transferi qarşılığında təklif etdiyi məbləğə Temmi Abrahamı və ya Hadson-Odoini də daxil edəcəyini bildirib.
Lakin almanlar London klubunun bu təklifini rədd edib. Belə ki, "Borussiya" 20 yaşlı forvardı buraxmaq niyyətində deyil.
Qeyd edək ki, ötən mövsüm Holand Almaniya Bundesliqasında 28 oyununda iştirak edib və 27 qola imza atıb.
Emin Şəmsiyev