"Çelsi"nin heyətində itki

"Çelsi"nin heyətində itki

"Çelsi" itki ilə üzləşib. 

Fanat.Az xəbər verir ki, London klubunun müdafiəçisi Tyaqo Silva sıradan çıxıb. 

38 yaşlı braziliyalı müdafiəçi İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində "Tottenhem"ə qarşı (0:2) görüşdə zədələnib. 

Məlumatı klubun mətbuat xidməti yayıb. Ancaq onun nə zaman sağalacağı haqda heç nə açıqlamayıb. 

Yerli mətbuat isə Tyaqonun 5-6 həftəlik sıradan çıxdığını yazıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər