"Çelsi"nin futbolçusunun yeni klubu bəlli oldu

"Çelsi"nin futbolçusunun yeni klubu bəlli oldu

"Çelsi"nin yarımmüdafiəçisi Kay Xaverts "Arsenal"a keçəcək.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

24 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avro təşkil edir. 

"Topçular" Kay uğrunda "Bayern Münhen"lə mübarizədən qalib ayrılıb. 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2020-ci ildən "Çelsi"də çıxış edir. O, 87 oyunda meydana çıxıb və 19 qol vurub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər