"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

"Çelsi"nin futbolçusunun evi qarət olundu - FOTOLAR

İngiltərə millisinin və "Çelsi"nin müdafiəçisi Ris Ceymsin ( Reece James) evi qarət olunub.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, hadisə srağagün gecə radələrində baş verib.

21 yaşlı futbolçu  ÇL, AVRO-2020 və digər yarışlardan qazandığı medalların olduğu seyfin soyğunçular tərəfindən oğurladığını açıqlayıb.

Təhlükəsizlik kameralarında qarətçilərin seyfi oğurlayıb avtomobilə qoyduqları an qeydə alınıb.

"Bu medalları "Çelsi" və İngiltərənin heyətində qazanmışam. Medalların fiziki olaraq məndə olub-olmamasının elə də böyük əhəmiyyəti yoxdur. Onsuz da bu nailiyyəti mənim əlimdən ala bilməyəcəksiniz.", - deyə Ceyms "İnstagram" səhifəsində yazıb.

Kamera görüntüsü yerli polis orqanına təqdim olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər