"Mançester Yunayted" rəsmi saytı vasitəsi ilə "Çelsi"nin yarımmüdafiəçisi Meyson Mauntla uzunmüddətli müqavilə bağladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, daha öncə mətbuatda bu keçidin MY-yə 50 milyon avrodan yüksək qiymətə başa gəldiyi barədə məlumatlar yayılıb.
Maunt "Çelsi"nin öz yetirməsidir. O, 2005-ci ildə "zadəganlar"ın strukturunda yer alıb. London təmsilçisinin əsas komandasının forması ilə ümumilikdə 197 oyun keçirən 24 yaşlı Meyson bu qarşılaşmalarda 33 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu, MY-nin yay transfer pəncərəsində reallaşdırdığı ilk transfer olub.
Nihat