"Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç karyerasını Fransa I Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb. Xəbərə görə, 24 yaşlı amerikalı futbolçu "Lion"un maraq dairəsindədir.
ABŞ millisinin üzvünün "Milan", "Yuventus" və "Napoli"nin hədəfində olduğu da yazılırdı. Lakin hazırda Fransa təmsilçisinin Pulişiçi transfer etməyə ən real namizəd olduğu bildirilir.
London klubu bu transferdən 20 milyon avro qazana bilər.
Qeyd edək ki, Kristian "Çelsi"yə 2019-cu ildə "Borussiya Dortmund"dan gəlib. 92 oyunda meydana çıxan futbolçu 20 qola imza atıb.
Röya