"Çelsi"nin baş məşqçisi Qrem Potter klub tədbirində emosional danışıb.
Fanat.Az xəbər verir ki, tədbirdə yaxın gələcəkdəki planlarla bağlı suala təcrübəli mütəxəssisin bir qədər kobud cavabı gülüşlə qarşılanıb:
"Əvvəlcə həftəsonu "Everton"u məğlub etməyə çalışacağıq. Püşkatmanın nəticəsinə baxacağıq və sonra nəhayət, bu ... Çempionlar Liqasını qazanmağa çalışacağıq".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Çelsi" Dortmund "Borussiya"sını ümumi hesabda (0:1, 2:0) məğlub edib. Bu gün, martın 17-də Avropanın ən nüfuzlu klub turnirinin 1/4 final mərhələsinin püşkü atılacaq.
Üç matçlıq qələbə seriyası əldə edən londonlular şənbə günü, martın 18-də Premyer Liqanın 28-ci turu çərçivəsində “Everton”la qarşılaşacaq.
Mirağa