"Çelsi"nin baş məşqçisi narazıdır: "Yanılmışam"

"Çelsi"nin baş məşqçisi narazıdır: "Yanılmışam"

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel (Thomas Tuchel) Saul Niqezin (Saul Niguez) komandada debütünü dəyərləndirib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis futbolçunun oyunundan narazı qaldığını bildirib:

"Onun üçün oyunun çətin olduğunu hiss etdim. Saul meydanda əziyyət çəkirdi. Çox gülünc səhvlər etdi və İPL səviyyəsində oyunçu olmadığını göstərirdi.

Ancaq bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Onu belə tez meydana buraxmaqda yanılmışam. Futbolçu hələ komandaya və çempionata öyrəşməlidir."

Xatırladaq ki, Saul Nigez cari mövsümün sonuna qədər "Çelsi"də icarə əsasında çıxış edəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər