"Çelsi"nin baş məşqçisi kim olacaq?

"Çelsi"nin baş məşqçisi kim olacaq?

"Çelsi"nin baş məşqçisi dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb. 

Xəbərə görə, London klubunun başına Roberto de Dzerbi keçə bilər. 43 yaşlı italiyalı mütəxəssis hazırda "Brayton"u çalışdırır. 

Xatırladaq ki, "Çelsi" ötən gün baş məşqçisi Qrem Potteri istefaya göndərdiyini açıqlayıb. 28 turdan sonra komanda 38 xalla İPL-də 11-ci pillədə qərarlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər