İngiltərə Federasiya Kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, həlledici oyunda "Çelsi” ilə "Lester Siti” üz-üzə gəlib.
Yuri Tilemans 63-cü dəqiqədə fərqlənərək "Lester”ə qələbə və kubok qazandırıb.
"Lester Siti” tarixində ilk dəfə bu turnirin baş mükafatına sahib çıxıb. Rekord isə 14 dəfə çempion olmuş "Arsenal”a məxsusdur.
Fanat.Az