“Çelsi”dən Səudiyyə Ərəbistanına daha bir transfer

“Çelsi”dən Səudiyyə Ərəbistanına daha bir transfer

“Çelsi” daha bir futbolçusu ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisinin seneqallı qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transfer olunub.

31 yaşlı qolkiper yeni klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.

Ərəblər bu transferə görə “Çelsi”yə 18,5 milyon avro ödəyiblər.

Mendi 2020-ci ildən “Çelsi”də oynayırdı. O, “zadəganlar”la UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər