"Çelsi"dən "Real"a 70 milyonluq təklif

"Çelsi"dən "Real"a 70 milyonluq təklif
"Real" (Madrid) klubu futbolçusu Rafael Varanı "Çelsi"yə sata bilər. 
Fanat.Az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "zadəganlar"ın 28 yaşlı müdafiəçi üçün təklif etdiyi 70 milyon avro Madrid klubunun rəhbərliyini qane edir. 
"Mançester Yunayted" də Varan üçün danışıqlar aparsa da, tərəflər məbləğdə razılığa gələ bilmirlər. 
Qeyd edək ki, Rafael Varanın "Real" ilə müqaviləsi bu yay başa çatır. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər