"Çelsi"dən Lempardla bağlı qərar - RƏSMİ

"Çelsi"dən Lempardla bağlı qərar - RƏSMİ
"Çelsi" baş məşqçisi Frenk Lempardı istefaya göndərib.
 
Fanat.Az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
Klubun sahibi Roman Abramoviç və İdarə Heyəti 43 yaşlı mütəxəssislə vidalaşmaq qərarına gəlib.
"Zadəganlar" yeni baş məşqçi təyinat olunanadək hər hansı bir şərh verilməyəcəyini bildirib.
Qeyd edək ki, Frenk Lempard 2019-cu ilin yayında "Çelsi”nin baş məşqçisi təyin edilib. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb. Lempardı PSJ-nin sabiq baş məşqçisi Tomas Tuxelin əvəzləyəcəyi gözlənilir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər