Avqustun 29-da "Çelsi"ni tərk edən Ross Barkli karyerasını Şotlandiyada davam etdirməyə yaxındır.
Fanat.Az "CBS Sports"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə "Reyncers" və "Seltik" maraqlanır.
Mənbə bir neçə İngiltərə klubunun da heyətinə qatmaq istədiyi Barklinin "Reyncers"ə keçmək ehtimalının daha yüksək olduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunçu 2018-ci ilin yanvarından "Çelsi"də çıxış edirdi. "Zadəganlar"ın forması ilə ümumilikdə 100 oyuna çıxan ingilis 12 qolla yadda qalıb. Ross 2021/2022 mövsümünü icarə əsasında "Aston Villa"da keçirib.
Nihat