"Çelsi"dən antirekord, Lempard tarixə düşdü

"Çelsi"dən antirekord, Lempard tarixə düşdü

İngiltərə Premyer Liqasının 34-cü turunun matçında "Çelsi" "Arsenal"a 1:3 hesabı ilə uduzub.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bununla da "zadəganlar" antirekord müəyyənləşdiriblər.

Belə ki, "Çelsi" 1993-cü ildən bəri, başqa sözlə, son 30 ildə  ilk dəfə ardıcıl 6 məğlubiyyətə uğrayıb.

London klubu Premyer Liqada 12-ci yerdədir. Hazırda komandaya Frank Lempard rəhbərlik edir. Aprelin əvvəlində "Çelsi"yə keçən Lempard klub tarixində ilk 5 matçda məğlub olan ilk məşqçi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər